Azərbaycan Şahmat Federasiyasında (AŞF) hesabat-seçki konfransı keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Mahir Məmmədov 4 il müddətinə federasiya prezidenti seçilib. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib. M.Məmmədov daha öncə AŞF-nin vitse-prezidenti olub. O, həm də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidentidir.

Qeyd edək ki, E.Rüstəmov toplantıda iştirak etməyib. Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edib.

AŞF-nin yeni prezidenti əsas hədəflərinin şahmat tacını Bakıya gətirmək olduğunu vurğulayıb: “Azərbaycan şahmatının yüksək hədəfləri buna imkan verir. Artıq Teymur Rəcəbov 8 iddiaçıdan biridir. Çox ümidvarıq ki, o, uğurlu olacaq. Rəcəbovun turnirə hazırlığı federasiyanın hədəflərindən biridir”.

İlahə Qədimova Azərbaycan Şahmat Federasiyasının yeni baş katibi oldu

Azərbaycan Şahmat Federasiyası rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk toplantısında qurumun baş katibi təsdiqlənib. Yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin edilib. O, bu postda Faiq Həsənovu əvəzləyib. F.Həsənov federasiyada I vitse-prezident olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın