Qarabağ Futbol Klubu hücumçu Mahir Mədətovun het-triki ilə sona bir tur qalmış Azərbaycan Çempionu titulunu qoruya bilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı birdirir ki, bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.

“Qarabağ” FK toplam 7-ci, ardıcıl isə 6-ci çempionluğunu qazanıb.

Ağdam təmsilçisi buna XXVII turda öz meydanında “Səbail”i 4:0 hesabı ilə məğlub etməklə nail olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qrşılaşmada hesabı 21-ci dəqiqədə Miçel Madeyra açıb. Oyunun 42 və 69 və 87-ci dəqiqələrində fərqlənən Mahir Mədətov het-trikə imza atmış olub.

TPL 2018/2019,XXVII tur, “Qarabağ” 4-0 “Səbail”

Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” çempionatın başa çatmasına 1 tur qalmış ən yaxın izləyicisi “Neftçi” üçün əlçatmaz olub. “Neftçi” isə səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etməklə gümüş medallara sahib çıxıb.

TPL 2018/2019, XXVII tur, “Qəbələ” 1-3 “Neftçi”

İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017 və 2017/2018 mövsümlərinin ardından yenə rəqiblərini qabaqlayıb. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.

Qeyd edək ki, indiyədək 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 7 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.

Öncəki xəbərRamil Quliyev Qətərin Paytaxtı Dohada Keçirilən Brilyant Liqada Birinci Oldu
Sonrakı xəbərBaş Prokurorluq: ANS Müstəqil Yayım və Media Şirkəti MMC yenidən işləməyəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın