Macarıstan Avropa Birliyində pandemiyadan öncəki iqtisadi göstəricilərini üstələyən ölkələrdən birinə çevrilə bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Macarıstanın Maliyyə Nazirliyinin hesabatında ölkə üzrə ÜDM-in ötən il 6,4 faiz artması, bu il isə daha 5 faiz artacağının gözlənildiyi deyilir.

Maliyyə naziri Mihali Varqa (Mihály Varga) öz Facebook səhifəsində bildirib ki, bu göstəricilər böhrandan ən çox zərər çəkənlər – yaşlı insanlar, çoxuşaqlı ailələr və gənclər arasında əminliyi gücləndirmək üçün əlverişli fürsət yaradır.

Nazirin sözlərinə görə, indi hətta 13 aylıq təqaüdün tam bərpası, ailə vergisinin qaytarılması, işçi qüvvəsinə vergilərin əlavə olaraq 2 milyard avro azaldılması və 25 yaşdan aşağı gənclərin gəlir vergisindən azad edilməsi barədə də danışmaq olar.

Öncəki xəbərİsrailin baş naziri Naftali Bennett terrorla mübarizədə BƏƏ-yə dəstək təklif etdi
Sonrakı xəbərABŞ Dövlət katibi Blinkenlə Kiyevdə Ukrayna XİN başçısı Dmitri Kuleba ilə görüşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın