Macarıstan Avropa Birliyində pandemiyadan öncəki iqtisadi göstəricilərini üstələyən ölkələrdən birinə çevrilə bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Macarıstanın Maliyyə Nazirliyinin hesabatında ölkə üzrə ÜDM-in ötən il 6,4 faiz artması, bu il isə daha 5 faiz artacağının gözlənildiyi deyilir.

Maliyyə naziri Mihali Varqa (Mihály Varga) öz Facebook səhifəsində bildirib ki, bu göstəricilər böhrandan ən çox zərər çəkənlər – yaşlı insanlar, çoxuşaqlı ailələr və gənclər arasında əminliyi gücləndirmək üçün əlverişli fürsət yaradır.

Nazirin sözlərinə görə, indi hətta 13 aylıq təqaüdün tam bərpası, ailə vergisinin qaytarılması, işçi qüvvəsinə vergilərin əlavə olaraq 2 milyard avro azaldılması və 25 yaşdan aşağı gənclərin gəlir vergisindən azad edilməsi barədə də danışmaq olar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın