Şimali İraq Kürd Regional Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzani İŞİD terror təşkilatının ötən gün Mahmurda həyata keçirdiyi 10-u peşmərgə, 3-ü mülki olmaqla 13 nəfərin həyatını itirdiyi hücumla bağlı açıqlama verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Məsud Bərzani İŞİD-ə ən qısa vaxtda cavab veriləcəyini deyib.

“Millətimizi qorumaq, müdafiə etmək və Peşmərgə Qüvvələri ilə bağlı narahatlıq yaratmamaq üçün müdafiə səylərini inkişaf etdirmək lazımdır”, – Bərzani deyib.

Məsud Bərzani millətinin qisasının ən qısa vaxtda alınacağını bildirib: “Tezliklə şəhidlərimizin qisasını düşməndən almalıyıq”.

Muxtariyyətin baş naziri Nərçivan Bərzani isə beynəlxalq birliyə müraciət edərək, İŞİD-ə qarşı hərəkətə keçməyə çağırıb.

KİMMənsur Rəğbətoğlu
MƏNBƏTeleqraf.com
Öncəki xəbər“Atletiko Mineyro” 50 ildən sonra yenə Braziliya çempionu oldu
Sonrakı xəbərDonald Tramp Co Baydeni ABŞ-ın dünyada nüfuzunu azaltmaqda ittiham edi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın