ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Donald Trump) bildirib ki, Co Bayden (Joe Biden) hakimiyyətə gələndən sonra Amerika Birləşmiş Ştatlarının dünyada nüfuzu ən aşağı səviyyəyə enib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Tramp Böyük Britaniyanın “GB News” telekanalına verdiyi müsahibədə deyib: “Bizə daha hörmət etmirlər”.

Tramp müxbirin ABŞ-ın dünyadakı durumu ilə bağlı sualına cavab olaraq deyib ki, indi ABŞ-ın reytinqi ölkənin tarixində ən aşağı səviyyədədir. D.Tramp daha sonra əlavə edib ki, o, prezident vəzifəsindən gedəndən sonra Vaşinqtonun təsirinin zəifləməsi fonunda bütün dünyada beynəlxalq durum gərginləşib. Siyasətçi qeyd edib ki, indi ABŞ neft almaq üçün Səudiyyə Ərəbistanına, Rusiyaya və OPEK ölkələrinə yalvarmağa məcburdur.

Keçmiş prezident daim Co Baydeni tənqid edir. Ağ evin keçmiş rəhbəri mart ayında Baydenin prezidentliyinin birinci ayını “fəlakətli ay” adlandırıb, avqust ayında isə Əfqanıstanda baş verən hadisələrə görə öz opponentinin istefa verməsini təklif edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın