Azərbaycan və Ermənistan arasındakı növbəti humanitar atəşkəs qərarını Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva Türkiyə mətbuatına açıqlayıb.

“CNN Türk” kanalının canlı efirinə qoşulan XİN rəsmisi bildirib ki, bu humanitar atəşkəsin məqsədi Azərbaycan Ordusunun şəhidlərinin və qarşı tərəfin ölülərinin döyüş meydanından çıxarılması, eyni zamanda əsirlərin dəyişdirilməsidir.

L.Abdullayeva həmçinin vurğulayıb ki, indi əldə olunan anlaşmanın nə qədər davam edəcəyi barəsində dəqiq məlumat verilməyib: “Bildiyiniz kimi, ayın 10-da da belə bir humanitar atəşkəs anlaşması əldə olunmuşdu, ancaq o zaman ermənilər buna əməl etmədilər, həm dinc əhalini atəşə tutdular, həm də cəbhə xəttində yeni təxribatlar törətdilər. Bu dəfə humanitar atəşkəsin nə qədər davam edəcəyi onlardan asılıdır”.

Öncəki xəbərBaş Prokuror Kamran Əliyev: Ermənistan artıq odla oynayır
Sonrakı xəbərRüstəm İbrahimbəyov: Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın