“Bu gün biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq. Münaqişənin bitməsi müharibənin bitməsi demək deyil”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Report” informasiya agentliyinin xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının tanıtımı ilə bağlı keçirilən toplantıda deyib.

XİN rəsmisi əlavə edib ki, postmünaqişə dövründə təbliğat işi daha da gücləndirilməlidir: “Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. Bizim və bütün Azərbaycanın rəsmi qurumlarının üzərinə bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi ciddi öhdəlik düşüb. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Təbii ki, bu, son deyil. Gələcəkdə digər beynəlxalq məhkəmələrdə tərəfimizdən Ermənistana qarşı iddialar qaldırılacaq”.

Öncəki xəbərYens Stoltenberq: Talibanın Əfqanıstana qayıdışı əfqan xalqı üçün faciədir
Sonrakı xəbərPrezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın