Lavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyib

Rusiya prezidenti Vladimir Putin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı işinə kömək üçün məqsədyönlü şəkildə 2 milyon avroluq könüllü töhfəni yönəltmək təklifini dəstəkləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rusiya-24” telekanalına açıqlamasında deyib.

Bölgənin humanitar ehtiyaclarından danışan Lavrov Moskvanın ilk növbədə BMT sistemində bir çox beynəlxalq qurumlarla, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlıq, Humanitar məsələlər üzrə koordinasiya bürosu, UNESCO, Uşaq Fondu, Dünya Qida Proqramı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə gündəlik işini vurğulayıb.

Nazir həmçinin Bakı və İrəvanda çalışmalarını əsla dayandırmayan BQXK-ya özəl təşəkkürünü bildirib.

Lavrov: Dağlıq Qarabağla bağlı bütün öhdəliklər tam yerinə yetirilir

“Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Dağlıq Qarabağla bağlı əldə edilmiş üçtərəfli anlaşmanın funksionallığı hər gün təsdiqlənir, bölgədəki atəşkəsə tam əməl olunur”.

TASS-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib. O, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan sazişin bütün öhdəliklərinə əməl edildiyini vurğulayıb.

“Rusiya sülhməramlıları fəal şəkildə və ən qısa müddətdə uyğun əməliyyatlar həyata keçirdi, həm erməni, həm də Azərbaycan icmaları ilə sıx əməkdaşlıq edir və  humanitar problemlərin həllinə yardım göstərirlər”, – deyə RF XİN başçısı vurğulayıb.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir