Analizlər koronavirusa (COVID-19) qarşı yüksək miqdarda ümumi anticisim titri göstərsə belə, bu, insanın yenidən yoluxmayacağı anlamına gəlmir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Sputnik”in məlumatına görə, bu barədə Rusiyada tibb elmləri namizədi, immunoloq, “Clinical Excellence Group”un baş direktoru Nikolay Kryuçkov xəbərdarlıq edib.

Onun sözlərinə görə, əslində orqanizmi qoruyucu funksiyaları olan immunitet sisteminin xüsusi hüceyrələri, həmçinin qoruyucu anticisimlər qoruyur, yəni bütün anticisimlər bura aid deyil.

“Anticisimlərin çoxunun, ən azından önəmli bir parçasının qoruyucu özəllikləri yoxdur… Buna görə bizi ilk növbədə qoruyucu anticisimlərin titri, ya da nisbəti maraqlandırır. Bu anticisimlər müəyyən durumlarda yetərli olmaya bilər”, – deyə Kryuçkov əlavə edib.

İmmunoloq bildirib ki, koronavirusa qarşı vaksin vurdurmuş, ya da bu xəstəliyi keçirmiş insanlar qorunma tədbirlərinə laqeyd yanaşmamalıdır.

“Xəstəliyi keçirdikdən, ya da vaksinasiyadan sonra sonra yoluxma şansı dəfələrlə azalsa da, tamamilə yox olmur” , – deyə o vurğulayıb.

İmmunoloq koronavirusa yenidən yoluxma riski ilə qarşılaşan insanların kateqoriyalarını da sayıb. Həkim bu siyahıya immuniteti zəif olan hər hansı alt qrupun daxil olduğunu bildirib.

“Söhbət birincili, ya da ən çox görülən ikincili (qazanılmış) immun çatışmazlığı diaqnozu qoyulan insanlardan gedir”, – deyə mütəxəssis qeyd edib.  

Kryuçkov həmçinin autoimmun xəstəliklərdə, onkologiyada, ağır xroniki xəstəliklərdə immunitet reaksiyasının azaldığını vurğulayıb.

“Bundan başqa immunitet sisteminin reaktivliyi azalmış yaşlı insanlar yenidən koronavirus xəstəliyinə yoluxa bilərlər”, – deyə immunoloq xəbərdarlıq edib.

Öncəki xəbərCo Bayden və Vladimir Putin bu dəfə İrəvanda kəllə-kəlləyə gəlir
Sonrakı xəbərYusuf Halaçoğlu qondarma “erməni soyqırımı”nın iç üzünü açdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın