Aktiv fəaliyyətinə və media ilə sıx münasibətinə görə xüsusi seçilən Azərbaycanın millət vəkili Qənirə Paşayevanın son illərdə zahiri görünüşündəki ciddi dəyişikliklər, həddindən artıq arıqlaması çoxlarının diqqətindədir. Görəsən nə baş verir? Bəlkə millət vəkilimiz hansısa bir xəstəliyə tutulub? Köklükdən əziyyət çəkən xanımları isə ən çox maraqlandıran “görəsən necə arıqlayıb?” suallarıdır.

Azadqadin.az – Qadın İnformasiya Portalı bu suallara cavab tapmaq üçün kiçik araşdırma aparıb. Saytın bir sıra qaynaqlardan öyrəndiyinə görə xanım millət vəkili plastik əməliyyat keçirib və indi də arıqladıcı çaylar içməkdə davam edir. Yaxınları onu bu işdən vaz keçirmək istəsələr də, istəklərinə çata bilməyiblər.

Saytın yazdığına görə, qarşı tərəf bu məlumatı doğrulamadığı üçün deyilənləri dedi-qodu kimi çatdırır. Yəni yayılan şaiyələrə görə, Qənirə xanım bir növ arıqlama xəstəliyinə tutulub: “Əslində, bu xəbəri yazmağa bizi vadar edən eşitdiklərimiz yox, sevimli millət vəkilimizin günü-gündən arıqlayaraq görünüşündəki dəyişikliklərə olan narahatlığımızdır. Ola bilər Q. Paşayevanın sağlamlığı ilə bağlı hansısa problemləri var. Əgər belədirsə, biz ona Allahdan şəfa diləyirik. Ya da ola bilər gərgin iş qrafikində çalışdığı üçün qidalanmaya vaxt ayırmır. Yox, əgər bu onun öz istəyi və inadı ilə baş verirsə, o zaman bunun özü də bir xəstəlikdir ki, tibdə bulamiya adı ilə tanınır. Yəni bir insanın psixoloji baxımdan arıqlamaqa həddindən artıq meyliliyi… Bu yazı vasitəsilə millət vəkilinə çatdırmaq istərdik ki, səhhətinə diqqət etsin. Hər şey normada olanda daha faydalı və gözəldir”.

Kulis.Az saytının “Yeməli söhbət” layihəsinin qonağı olan millət vəkili Qənirə Paşayeva bir neçə sualları cavablandırmışdı. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibədən ən dadlılarını sizlərlə paylaşır.

Qənirə xanım, kababla aranız necədir?

O qədər də yaxşı deyil. Ümumiyyətlə, ətlə aram yaxşı deyil. Amma ət yemək lazımdır. Bəzən bizim insanlar mətbəxdə ətə həddindən artıq üstünlük verir. Mənim nənəm tərəvəzdən çox dadlı yeməklər bişirirdi. İndi bizim ailələrin bəziləri mətbəxini “fast food”laşdırıb. Mən bunu sevmirəm. Biz mürəbbələri, şirələri dükandan almırıq, özümüz hazırlayırıq. Mən öz ailəmə “fast food”u yaxın buraxmıram.

Gündəlik qida rasionunuzda nələr var?

Daha çox tərəvəzdən hazırlanan yeməklər yeyirəm. Və təbii ki, hər tərəvəzi zamanında yeməyə üstünlük verirəm.

Siz bir neçə il öncə Somaliyə səfər etmişdiniz. Orda nə yeyirdiniz?

Mən tək Somalidə yox, Ruandada, Sudanda və Keniyada olmuşam. Hətta Qəndəharda operatorla birgə, çöldə yatmışam. Əfqanıstanda iki gün quru peçenye yemişik. Mən bir gün ac da qala bilərəm. Yeməyə qarşı xüsusi tələbatım yoxdur. Ac olsam, quru çörək belə yeyə bilərəm. Ona görə də, dünyanın heç yerində yeməklə bağlı problemim olmur.

Tələbəlik illərinizin nostalji kafeləri hansıdır?

Mən Tibb Universitetində oxumuşam. Bəzən gün ərzində 3 klinikada olurduq. Oxuduğum vaxtlarda həm də televiziyada işləyirdim. Yeməyi universitetin və işlədiyim ANS televiziyasının bufetində yeyirdim. Tələbə vaxtlarımda tez-tez yoldaşlarımla evdə yemək yeməyə üstünlük verirdim.

Siz Azərbaycan-Yaponiya parlamentlərarası yoldaşlıq qrupuna qoşulmusunuz. Yapon yeməkləri ilə aranız necədir?

Yaponiyanı çox sevirəm. Orda məni sözün yaxşı mənasında təəccübləndirən çox şey var. Yaponların həyata baxışını, yeməklərini, mədəniyyətini çox bəyənirəm. Yapon mətbəxi çox gözəldir. Ümumiyyətlə, hər mətbəxin öz gözəlliyi var. Mən türk, italyan mətbəxini də çox sevirəm. Bizim mətbəx çox zəngindir. Heyif ki, bəzi adamlar bizim mətbəxi yalnız aş, dolma və kababla tanıdırlar.

Qənirə Paşayeva: Mən türk, italyan mətbəxlərini çox sevirəm
Qənirə Paşayeva: Mən türk, italyan mətbəxlərini çox sevirəm

Milli Məclisin yeməkxanası necə, sizi qane edir?

Milli Məclisin bufetində hər şey var. Bayaq dedim, mən heç yerdə yeməklə bağlı problem yaşamıram. Çünki yeməyi özümə dərd eləmirəm.

Toylara münasibətiniz necədir?

Çox pis. Biz bu gün toylarda israfçılığın son həddini edirik. Hər birimiz ağıllı və məntiqli şəkildə bilirik ki, maksimum 3 növ yemək yeyə bilərik. Amma neçə cür yemək veririk məclislərimizdə? Bugünkü toylar insanların cibini soyur. Vətəndaşımız 400-700 manat arası maaş alır, amma toya 50 manat pul atanda utanır. Toyda bir nəfər heç 30 manatlıqda yemək yemir. Burada toy edən də uduzur, toya gedən də. Yalnız şadlıq evinin sahibi bir nəfər üçün 10 manat pul xərcləyir və əvəzini 10 qat artıq götürür. Buna qarşı çıxmaq üçün inzibati yoldan başqa, düşüncəmizi də dəyişmək gərəkdir. Biz balamızın toyunda yarışa girmişik. Bir insan övladının toyunda 3 növ yemək versə nə olar? Min cür salatları o toydan bu toya saxlayıb vətəndaşa verməyin nə adı var? Di gəl toy biznesi buna icazə vermir. Çünki bu qədər gəlirin əllərindən çıxmağını istəmirlər. Çox heyif ki, biz onların qurbanına çevrilmişik. Bu gün sorğu aparsaq görərik ki, 10 adamdan 8-i toylardan əziyyət çəkir. Mən toyda yarım saatdan artıq oturmuram. Çünki toyda söhbət edə bilmirəm. Toy zövq aldığımız bir yer olmalıdır.

Siz dieta ilə xeyli çəki atdınız. Öncə nədən imtina etdiniz?

Mən dieta saxlayan zaman axşam yeməyindən ağır yeməkləri çıxartdım
Mən dieta saxlayanda axşam yeməyindən ağır yeməkləri çıxartdım

Sadəcə həyatımı dəyişdim. Uşaqlıqdan gəncliyimə qədər çox arıq idim və idmanla məşğul olurdum. Böyük tennis və həndbolla məşğul idim. Həyatımın bir çağında idmanla məşğul ola bilmədim və çəkim artdı. Səhərlər işə tələsdiyimdən yemək yemirdim, günorta yemirdim, axşamlar çox ac olurdum və xeyli yemək yeyirdim. Bu rejim məni kökəltdi. Film çəkilişləri ilə bağlı bir müddət Amerikada qalanda “fast fodd”la qidalandım. Çəkim getdikcə artdı və mən yeməkdən imtina etmək istədim. Bu mənə çox mənfi təsir elədi. Yemək yemədən dieta saxlayan gənc qızlara demək istəyirəm ki, bu fikirdən uzaq olsunlar. Dietanın ən yaxşı yolu idman və düzgün qidalanmadır.

Mən dieta saxlayan zaman axşam yeməyindən ağır yeməkləri çıxartdım və öz çəkimi normal hala saldım.


Qənirə Paşayeva “Əslində mən” proqramında

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın