“Saakaşvili onun üçün Almaniyadan masajçı gətirməyimizi istəmir ki?”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Gürcüstan mediasının xəbərlərinə görə, bu sözləri Tiflis meri Kaxa Kaladze “PalitraNews”in efirində eks-prezidentin xaricdə müalicə olunma ehtimalına münasibət bildirdiyi zaman deyib.

Onun sözlərinə görə, insanlar 2012-ci ilədək baş verənləri unutmayıb: “Saakaşvili başqa xidmətlər də təklif etməyimizi istəmir ki? Hakimiyyətdə olduğu zaman büdcə hesabına Almaniyadan masajçı gətirdiyi kimi, biz də gətirək? Biz hüquqi dövlətdə yaşamaq istəyirik. Nə olsun ki, o siyasətçidir, yüksək vəzifəli məmurdur, ölkə prezidenti olub və sair. O, cinayət törədib və qanun qarşısında cavab verməlidir.

2012-ci ilədək baş verənləri unutmamışıq: cəmiyyətə münasibətin necə olduğu, ölkə vətəndaşlarına münasibətin necə olduğu yaxşı yadımızdadır. Həbsxanalarda nələrin baş verdiyini, biznesə qarşı necə münasibətlər olduğunu, küçələrdə gənclərin necə öldürüldüyünü heç kim unutmayıb”.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze keçmiş dövlət başçısını Qori Hərbi Hospitalında ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında onun sözlərini çatdırıb: “Prezident bizə bir daha dedi ki, deputatlar yanıma buraxılmasa, sabah səhər müalicəni mütləq dayandıracam”.

Həkimin sözlərinə görə, yaxşı olardı ki, Mixail Saakaşvilinin yanina gündə heç olmasa bir, iki, ya da üç deputat gəlsin, çünki bu, onun sağlamlığı üçün lazımdır.

“Heyi yenidən başlamalıyıq. Onu da deyim ki, Saakaşvilinin tam təcrid olunması da sağlamlığı üçün çox pisdir. Ona görə də bu yol verilməzdir. Tam təcrid onun sağlamlığı üçün yaxşı deyil. O, indi bir çox həkimlərə münasibətdə olur, ancaq görmək və danışmaq istədiyi insanlar, praktiki olaraq həkimlər deyil.

Dünəndən ümumi durumu dəyişməyib, həzm prosesi yaxşı gedir. Ancaq yaxın gələcəkdə ortaya çıxa biləcək bir çox başqa problemlər var, hər şeyi təhlil etməliyik. Psixoloqlarla məsləhətləşmək lazımdır”, – N.Kipşidze deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın