Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev edam cəzasının ləğvi ilə bağlı uyğun hüquqi sənədlərə düzəlişlərə dair qanuna imza atıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Qazaxstan KİV-ə istinadən xəbər verir ki, bundan belə müstəsna cəza tədbiri olaraq edam cəzası ölkə qanunlarından tamamilə xaric edilir.

Bu ilin 2 yanvar tarixində Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının edam cəzasını ləğv edən ikinci fakultativ protokoluna qoşulan Qazaxıstan müharibə vaxtı ağır hərbi cinayətlərə görə həmin cəzanın tətbiqi ilə bağlı qeyd-şərt qoymuşdu.

Noyabrın 16-da Milli İctimai Etimad Şurasının 6-cı toplantısında çıxış edən prezident ölkədə insan hüquqlarının qorunması ilə bağlı həyata keçirilən islahatlardan danışaraq deyib: “Ölüm cəzası heç bir halda və heç kimə şamil olunmaması üçün birdəfəlik ləğv olunmalıdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın