“Hesab edirəm ki, prokurorluq orqanlarının əməkdaşları həm Ermənistan silahlı birləşmələri, həm də erməni muzdluları tərəfindən törədilən bütün cinayətlərə dair ilkin sübutları keyfiyyətli, beynəlxalq standartlara uyğun olaraq topladılar”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-yə müsahibəsində deyib.

O, qeyd edib ki, prokurorluq orqanlarının bu istiqamətdə çalışmaları davam edir:

“Çalışacağıq ki, erməni hərbi birləşmələri tərəfindən törədilən cinayətlərin bütün əldə olunan sübutları beynəlxalq müstəviyə qaldırılsın. Biz beynəlxalq məhkəmələrdə öz kəsişmələrimizi Ermənistan dövlətinə, Ermənistanın vəzifəli şəxslərinə, bu ölkənin konkret dövlət qurumlarına qarşı məhkəmə proseslərinə başlayacağıq. Ümid edirəm ki, bizim orada uğurlar əldə etməyimiz üçün kifayət qədər sübutlarımız da mövcuddur”.

Öncəki xəbərQırğızıstanda keçirilən prezident seçkilərində Sadır Japarov qalib gəldi
Sonrakı xəbərMoskvada Putin-Əliyev-Paşinyan arasında üçtərəfli görüş baş tutdu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın