Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qarabağda bir neçə hərbi bölmədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi bölmələrin döyüş bacarığının yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb.

Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir. Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında uyğun tapşırıqlar qoyub.

Hərbi hissələrin xidməti döyüş fəaliyyəti yoxlanılıb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın