Avropa Birliyi (AB) Azərbaycan-Ermənistan anlaşmalarını dəstəkləyir, iki ölkənin razılığa gəlmələri istiqamətdə səylərini davam etdirir.

YALAN.info bildirir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

Brüsseldə keçirilən AB-Ermənistan Assosiasiya Şurasının toplantısından öncə mətbuata açıqlama verən Borrel Ermənistan və Azərbaycan arasında anlaşmanın olacağı halda Avropa Birliyinin buna dəstək verəcəyini vurğulayıb.

“Anlaşma əldə edilsə, doğurdan da məmnun olarıq. Əgər bu baş verərsə, AB sazişin həyata keçirilməsinə dəstək üçün hər şeyi edəcək”, – AB rəsmisi deyib.

Öncəki xəbərAzərbaycan millisinin baş məşqçisi Canni De Byazi: Bakıda Tanrı kimi yaşayırsan
Sonrakı xəbərÇavuşoğlu: ABŞ Finlandiya və İsveçə gərəkli mesajları çatdıracaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın