İsrail Ordusu Suriyanın Hums vilayətində yerləşən aviabazaya raket zərbələri endirib.

YALAN.info bildirir ki, bununla bağlı “Azad İran” Telegram kanalı məlumat yayıb.

Raketlərin bazada uçuş-enmə zolağına düşdüyü bildirilir. Zərbələr nəticəsində iki hərbçi ölüb, üç nəfər yaralanıb.

Hərbi mənbələr “Reuters” agentliyinə bildiriblər ki, zərbələr endirilən Şayratdakı aviabaza bu yaxınlarda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib.

Aviabaza son üç ildə Rusiya ordusu tərəfindən modernləşdirilb.

Regional və kəşfiyyat mənbələri qeyd ediblər ki, İsrail son aylarda İranın Suriya və Livandakı müttəfiqlərinə, o cümlədən “Hizbullah” qruplaşmasına silah tədarükünün qarşısını almaq üçün Suriyanın hava limanlarına və hava bazalarına zərbələri gücləndirib.

KİMAzad İran
MƏNBƏTelegram
Öncəki xəbər“Aynabənd” qrupunun yaradıcısı Elçin Əhmədov: Mənim üçün musiqi azadlıqdır
Sonrakı xəbərTürkiyə daxili işlər naziri Süleyman Soylu: ABŞ-nin başsağlığını qəbul etmirik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın