“ABŞ İrana qarşı sanksiyaları ləğv etməlidir, onlar nüvə anlaşmasını pozdular, Avropa Birliyi də müqavilənin müddəalarına əməl etmədi”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisi bu gün keçirdiyi ilk mətbuat konfransında deyib.

Qeyd edək ki, ötən gün İranla bağlanmış nüvə sazişini xilas etmək üçün aparılan Vyana danışıqlarının altıncı raundu keçirilib.

Avropa Birliyindən danışıqlarda iştirak edən Enrike Mora mətbuata verdiyi açıqlamada yekun anlaşmaya aydın şəkildə yaxınlaşmanın mümkün olduğunu, ancaq danışıqların hələ final mərhələyə çatmadığını qeyd edib.

ABŞ 2018-ci ildə Donald Trampın qərarı ilə nüvə anlaşmasından çıxdığını elan etmişdi.

Öncəki xəbərNazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və yumşaldılması ilə bağlı qərar verdi
Sonrakı xəbərRəcəb Təyyub Ərdoğan: Türkiyə yaxında Azərbaycanla bir çox anlaşma imzalayacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın