Dövlət rabitə operatorlarının xidmətləri üzrə ödənişlərin qəbulu “MilliÖN” şəbəkəsində aktivləşdirilib.

“AzTelekom” MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin  (BTRİB) stasionar telefon və internet xidmətlərinin aylıq abunə haqlarının “MilliÖN” terminalları vasitəsilə ödənişi xidməti bərpa olunub.

ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, “MilliÖN” şəbəkəsində adıçəkilən dövlət rabitə operatorlarının ödənişlərinin qəbulu tam aktiv edilib.

Beləliklə, artıq abunəçilər bu terminallarda stasionar telefonların, eləcə də “Bakinter.net” və “Aztelekom.net” internet provayderlərinin aylıq istifadə haqlarını ödəyə bilərlər.

Öncəki xəbərElmira Süleymanovadan AOİ-nin Baş katibinə etiraz məktubu
Sonrakı xəbərSəmra Rəhimlinin ESC-2016 promo-turu: Serbiya, İsrail, Malta və Rusiya
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın