Azərbaycan Respublikası və İran İslam Respublikası prezidentləri İlham Əliyev və Seyid İbrahim Rəisi bu ayın sonu Türkmənistanın paytaxtı Aşqabadda görüşə bilərlər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Qeyd edək ki, noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT – ECO) Zirvə görüşü keçiriləcək. Təşkilatda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan təmsil olunur.

Xatırladaq ki, ötən gün Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanla görüşüb.

İran XİN başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə Ş.Mustafayevə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Ölkəmizin ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdullahiyan İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökümətlərarası Dövlət Komissiyasının önəmi qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və başqa sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin önəmi vurğulanıb. Görüşdə həmçinin bölgədəki durum və qarşılıqlı maraq doğuran başqa məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İran XİN-nin sözçüsü Səid Xətibzadə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin əlamətdar olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.

KİMEldar Tanrıverdiyev
MƏNBƏSputnik Azərbaycan
Öncəki xəbər“Azərişıq” ASC-nin əməkdaşı Laçında minaya düşüb
Sonrakı xəbərNarkotikdən istifadə ilkin mərhələdə psixi, sonrakı mərhələdə fiziki asılılıq yaradır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın