Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə Laçın Rayon Prokurorluğuna məlumat daxil olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, prokurorluqdan verilən məlumata görə, əməkdaşlar tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, başqa prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Yada salaq ki, indi Azərbaycan qarşısında duran əsas problemlər azad edilən əraziləri minalardan təmizləməkdir. Ermənistan bütün minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən boyun qaçırır. Azərbaycana verilmiş kiçik sayda xəritələrin dəqiqlik səviyyəsi isə 25 faizə yaxındır.

Keçən il noyabrın 11-dən bu il noyabrın 22-dək işğaldan azad edilən ərazilərdə 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 PHS aşkarlanıb. Bu müddətdə, ümumilikdə, 62 855 782 kv.m (6286 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

2020-ci il noyabrın 10-dan bu il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın