Ermənistan Suqovuşanı işğal etməklə Azərbaycan Respublikasının geniş ərazilərini susuz qoymuşdu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Suqovuşan və Talış kəndlərinə səfərlə bağlı “Twitter” səhifəsindəki paylaşımında deyib.

H.Hacıyev qeyd edib: “Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusun nümayəndələri ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 2020-ci il noyabrın 10-dan etibarən 7-ci dəfə səfər edirik. Bu dəfə səfər Suqovuşan və Talış kəndlərinə olacaq. Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın