Hikmət Hacıyev: Ermənistan PKK-çıları Azərbaycan hərbçilərinin formasında Şuşada yerləşdirib

“Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”. 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, AB, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, bunun iki məqsədi var: “Birincisi Azərbaycan Silahlı Qüvvələrini yanıltmaq, ikinci məqsəd isə itkilər olduqda, onların guya Azərbaycan Silahlı Qüvvələri sırasında döyüşdüyünü iddia etməkdir.

Sizin diqqətinizi professional bir yanlışlığa çəkmək istəyirəm. Ermənistan Müdafiə Nazirliyi rəsmi sosial şəbəkədəki hesabında bu günlərdə bir foto yayımladı. Fotoda Ermənistanın Müdafiə naziri David Tonoyan və erməni əsgərləri vardı.

Onun yanında dayanan əsgər Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində idi. Fotodakı digər əsgər də həmin hərbi geyimdə idi və onun ayağında Azərbaycan Sərhəd Xidmətinə məxsus ayaqqabı vardı. Bu ciddi şübhələr və suallar doğurur. Qeyd edim ki, bu foto dərhal silindi. Sual yaranır: Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində olan əsgər Ermənistan Müdafiə nazirinin yanında nə edir?

Ermənistanın müdafiə naziri David Tonoyan erməni döyüşçülərlə

Bizim buna cavabımız var. Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi vasitəsilə xüsusi saxta videolar yayıldı. Guya xarici döyüşçülər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında vuruşur, onların da əynində Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimi vardı. Ermənistan saxta propaqanda elementlərindən istifadə edir. 

İndi PKK və müxtəlif ölkələrdən olan etnik ermənilər Azərbaycana qarşı döyüşlərə qatılıb və onlar ön cəbhəyə göndərilir. Təəssüf ki, xarici ölkələrdən olan etnik ermənilərin müəyyən qismi Avropa Birliyi və NATO ölkələrindən gəlir”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir