Somalidə başa çatan prezident seçkilərində Həsən Şeyx Mahmud qələbə qazanaraq ölkənin 10-cu Prezidenti oldu.

YALAN.info bildirir ki, bununla bağlı xarici mətbuat xəbər verir.

Məlumata görə, Prezident Mohamed Abdullah Farmajo və keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud növbəti tura keçən namizədlər olub. Paytaxt Moqadişoda keçirilən seçkilərin ikinci turunda keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud 110 səslə birinci, prezident Mohammed Abdullah Fermajo 83, keçmiş baş nazir Həsən Əli Hayri 61 səs toplayıb.

Ən çox səs toplayan Mahmud və Fermajo dünən axşam üçüncü və sonuncu turda yenidən mübarizə aparıblar. Səslərin əksəriyyətini toplayan Həsən Şeyx Mahmud ölkənin yeni Prezidenti olub. Seçkilər iki gün əvvəl gecə elan edilmiş və mayın 16-da səhərə qədər davam edən komendant saatı çərçivəsində keçirilib.

Somalinin yeni prezidentini 4 il müddətinə parlamentin aşağı və yuxarı palatalarının 329 deputatı seçir. Səs vermək üçün onlar Aden Adde Beynəlxalq Hava Limanının adətən ölkənin hərbi-hava qüvvələri tərəfindən istifadə edilən anqarına toplaşıblar və terrorçular tərəfindən törədilən partlayışlara tab gətirə bilən xüsusi beton hasarla əhatə olunublar.

Anqar Afrika İttifaqının sülhməramlı kontingentinin üzvləri tərəfindən ciddi şəkildə qorunur. Xarici səfirliklərin və xeyriyyə təşkilatlarının missiyalarının əsas bazası olan Camp Halane yüksək təhlükəsizlik zonasında yerləşir.

Öncəki xəbərMahir Emreli “Dinamo” Zaqrebin heyətində Xorvatiya çempionu oldu
Sonrakı xəbərRusiyanın öz kiçik “NATO”sunu genişləndirmək planları: Üç ssenari üzrə hazırlıq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın