Türkiyəli aktrisa və müğənni Hülya Avşarın Gülben Ergenlə bağlı işlətdiyi ifadə şou-biznes aləmində gündəm olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 58 yaşlı Hülya Avşar qoşulduğu proqramlardan birində “Gülben Ergenle duet oxuyardınız, yoxsa tennis oynayardınız?” sualına tennisdə rəqib görmədiyini satirik formada bildirib.

Sonra isə o, 49 yaşlı həmkarının “demode” (dəbsiz) olduğunu deyib.

Ergen isə sosial mediada geniş müzakirələrə səbəb olan məsələyə cavab kimi “Instagram” hesabından paylaşım edib. O, pərəstişkarları ilə fotosuna aşağıdakı qeydləri edib: “Onlar başqalaranı dəyərdən salmağa çalışmağın onlara heç nə qatmayacağını bilən dəyərli qadınlardır. Ona görə də bu qədər real və səmimidirlər”.

Öncəki xəbərİçməli suyu pulla alan Binə qəsəbəsi sakinlərinin yolları da keçilməzdir
Sonrakı xəbərİlon Mask sərvəti 300 milyard dolları aşan ilk şəxs oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın