“Global Firepower” hərbi-analitika qurumunun dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb.

Bununla bağlı “Xalq qəzetinə” müsahibəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev məlumat verib.

Onun sözlərinə görə, bu, prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu strategiyasının və onun əsasında bu sahədə həyata keçirilən köklü islahatların nəticəsidir:

“Kompleks tədbirlərin nəticəsi olaraq silahlı qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silahsursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır”.

Təsadüfi deyil ki, ötən illərdə olduğu kimi bu il də “Global Firepower” hərbi-analitika qurumunun dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb.

Azərbaycan Ordusu
Öncəki xəbərArmen Sarkisyan Suriyalı muzdluların Ermənistan Ordusunda döyüşdüyünü etiraf etdi
Sonrakı xəbərABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp koronavirusa yoluxub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın