Fransalı siyasi şərhçi Nikolas Prisette son açıqlaması ilə ölkəsində gündəmi dəyişib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Haber Global”ın hazırladığı məlumatda vurğulanır.

Siyasətçi iddia edib ki, Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitə zəng gəlib. Qarşı tərəfdəki şəxs “Bilirəm, əriniz indi kişi sevgilisinin yanındadır”, – deyə Bricitə səslənib.

Bu açıqlamadan sonra Makrona yaxın olan senator Fransis Patriat hadisənin ona pis təsir etdiyini deyib:

“Bricitə gələn telefon zəngindən sonra sarsıldım. Bu xəbərdən sonra nə edəcəyimi bilmədim, ancaq mən yenə də Makronla birgə addımlamağa davam edəcəyəm”.

Yada salaq ki, Bricitin özü ilə bağlı da ötən ay yayılan iddialar geniş səs-küyə səbəb olmuşdu. Belə ki, onun əslində Jan-Mişel Tronye kişi adı ilə doğulduğu və sonradan cinsiyyətini dəyişdiyi iddia edilmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın