Fransanın Albertville şəhərində polis Türkiyəli ailənin yaşadığı evə basqın edib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Haber7.com-un verdiyi xəbərə görə, səhər saatlarında silahlarla evə basqın edən hüquq-mühafizə orqanının əməkdaşları 10 yaşlı 4 uşağı həbs ediblər. 

Onlar 11 saat istintaq təcridxanasında saxlanılıb. 

Uşaqların atası məsələ ilə bağlı açıqlama verərək bildirib ki, polislər onlara dinləri, namaz qılıb-qılmamaları, Makron-Ərdoğan münasibətləri ilə bağlı suallar veriblər: 

“Sonra isə bildirdilər ki, 10 yaşlı qızım Fransanın “Charlie Hebdo” nəşri tərəfində yayımlanan Məhəmməd Peyğəmbərin karikaturasını çəkən, daha sonra öldürülən müəllim Samuel Pati ilə bağlı açıqlama verib. Buna görə də onu və digər uşaqlarımı tutublar. 10 yaşlı qızımın baş verənlərdən xəbəri belə olmayıb”. 

Polis məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.

Öncəki xəbərXocalı cəlladı Seyran Ohanyan və oğlu Şuşa uğrunda döyüşlərdə ağır yaralandı
Sonrakı xəbərİlham Əliyev daha 16 kəndimizin işğaldan azad olunduğunu elan etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın