Fransa Danimarkanın sifariş etdiyi “Sezar” özüyeriyən artilleriya qurğularının (AKS) bir hissəsinin çatdırılmasını təxirə salıb.

YALAN.info bildirir ki, uyğun üçtərəfli danışıqlar Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenskinin və Danimarkanın Baş naziri Mette Frederiksenin iştirakı ilə keçirilib.

Danimarka hökumətinin Ukraynanın tələb etdiyi özüyeriyən silahları verməyə razı olduğunu bildirib. Belə ki, Danimarkanın sifariş etddiyi 15 haubitsadan 6, ya da 12-si Ukraynaya tədarük ediləcək. Eyni zamanda, Makron Fransa ordusunun ehtiyatlarından Ukraynaya əlavə haubitsalar ötürməkdən qəti şəkildə imtina edib.

Onu da bildirək ki, münaqişə başlayandan (Rusiya-Ukrayna müharibəsi) Paris artıq Kiyevə 18 analoji silah ötürüb ki, bu da Fransanın öz haubitsalarının dörddə birini təşkil edir.

Öncəki xəbərPolşa Belarusla sərhəddə 180 kilometrlik divar tikdi
Sonrakı xəbərUelsdə əhali küçələrə çıxaraq Britaniyadan ayrılmağı tələb edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın