Dünən Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında güllə yarası alaraq ölən erməni döyüşçü Qor Martirosyan haqqında informasiya ortaya çıxıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Caliber” kanalının məlumatına görə, insident Şuşanın Qaybalı kəndi istiqamətində baş verib. Martirosyanla bağlı hadisə baş verənə qədər o, üçüncü şəxs vasitəsilə Azərbaycan tərəfi ilə əlaqə saxlamağa çalışıb. Q.Martirosyanın bizim hüquq-mühafizə orqanlarına təslim olmaq istəyində olub.

Buna səbəb isə xidmət “yoldaşları” tərəfindən alçaldılması olub. Görünür, separatçılar onun istəyindən xəbər tutub, çünki zəng açıq əlaqə vasitəsilə həyata keçirilib. Ötən gün təxminən saat 21:20 radələrində avtomat səsləri eşidilib. Bundan sonra hadisə yerinə Rusiya sülhməramlıları və təcili tibbi yardım maşınları gedib.

Separatçı cinayətkar rejimin fikrincə, bu cür nümayişkaranə edamlar düşmənçilik ideologiyasından imtina etmək istəyən hər kəs üçün dərs olmalıdır. Təslim olmağa, ya Azərbaycan vətəndaşlığını qəbul etməyə çalışan hər kəs ya zərərsizləşdiriləcək, ya da İzaura Balasanyan və dörd övladı ilə bağlı vəziyyətdə olduğu kimi “MTX-ya veriləcək” (Milli Təhlükəsizlik Xidməti).

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın