Qondarma Dağlıq Qarabağ rejimi casusluq və cəbhədən qaçmaq qalmaqalına görə bir neçə məmuru işdən çıxarılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ermənilərə məxsus KİV-lərin yazdığına görə, səfərbərlikdən yayınan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən müharibə qorxusu ilə qaçan məmurlar vəzifələrindən azad olunublar.

Qondarma Dağlıq Qarabağ rejiminin qondarma vəzifələrindən çıxarılan məmurlarının siyahısı belədir:

  • “Prezident”in köməkçisi” Rudik Martirosyan
  • “Baş Prokurorun müavinləri” Erik Verdiyan və Sasun Qabrielyan
  • “Dövlət Statistika Şurasının üzvü” Armen Soqomonyan
  • “Mərkəzi Seçki Komissiyasının üzvü” Yeqişe Soqomonyan
  • “Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini” Arkadi Soqomonyan
  • “Şəhərsalma və arxitektura nazirinin müavini” David Avanesyan
  • “Təhsil və elm naziri” Erik Qriqoryan
  • “Dövlət Gəlirləri Komitəsinin Aparat rəhbəri” Qagik Ayrapetyan
  • “Prezidentin inzibati işlər üzrə köməkçisi” Artak Arstamyan

Həmçinin, bildirilib ki, işdən çıxarılan vəzifəli şəxslər biabırçı davranışlarına görə qanun çərçivəsində başqa sanksiyalarla da üzləşəcəklər.

Öncəki xəbərSon bir ayda Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitdə yüksək artım izlənilir
Sonrakı xəbərSergey Lavrov Qarabağ probleminin həlli üçün Türkiyə ilə birlikdə çalışacağıq dedi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın