Azərbaycanı Eurovision Song Contest-də təmsil edən Diana Hacıyevadan (Dihaj qrupu) sevindirici xəbərlər var. Bu gün Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində ES2017-nin birinci yarımfinalı baş tutub. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Eurovision mahnı müsabiqəsinin rəsmi saytına qaynaqlanaraq bildirir ki, çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib.

Azərbaycanı “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyeva (Dihaj) finala vəsiqə qazanıb.


Dihaj – Skeletons (Azerbaijan) LIVE at the first Semi-Final

Azərbaycanla yanaşı finalda çıxış etmək imkanını qazanan digər 9 ölkə və təmsilçiləri aşağıdakılardır:

Sunstroke Project – Hey Mamma (Moldova)
Demy – This Is Love (Yunanıstan)
Robin Bengtsson – I Can’t Go On (İsveç)
Salvador Sobral – Amar Pelos Dois (Portuqaliya)
Kasia Moś – Flashlight (Polşa)
Artsvik – Fly With Me (Ermənistan)
Isaiah – Don’t Come Easy (Avstraliya)
Hovig – Gravity (Kipr)
Blanche – City Lights (Belçika)

Qeyd edək ki, ikinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın