Eurovison Song Contest-2022 (ESC2022) mahnı yarışmasında Azərbaycanı “Səs Azərbaycan” vokal müsabiqəsinin qalibi, gənc müğənni Nadir Rüstəmli təmsil edəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Bildirək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The Sound of Beauty” (“Gözəlliyin səsi”) olan “Eurovision-2022” mahnı yarışmasının yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də “Pala Olimpico”da baş tutacaq.

Yada salaq ki, builki yarışma sayca 67-ci olacaq. Azərbaycan Eurovision Song Contest yarışmasına 2008-ci ildən qoşulmağa başlayıb. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı ESC-yə “Running Scared” mahnısı ilə qoşulmuş Eldar Qasımov və Nigar Camal (Ell & Nikki) yarışmanın qalibi olmuşdu. Bundan sonra “Eurovision-2012” mahnı yarışması Azərbaycanın paytaxtı Bakıdakı “Kristal Zal”da (“Crystal Hall”) keçirildi.

Öncəki xəbərQərb mətbuatı Rusiyanın Ukraynaya 16 fevralda hücum edəcəyini yazır
Sonrakı xəbərXaricdə qanunsuz silahlı birləşməyə qoşulan azərbaycanlılara 6 ay həbs istənildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın