ABŞ-ın “The Sun” və “The Mirror” agentlikləri ABŞ kəşfiyyatının məlumatlarına istinadən iddia edir ki, Rusiya Müdafiə Nazirliyinin qoşunların çıxarılması ilə bağlı bəyanatlarına baxmayaraq bu ölkənin silahlı qüvvələri sabah (16 fevral) Ukraynaya hücum planlaşdırır. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, daha öncə isə “Politico” qəzeti, məlumatlı mənbələrə istinadən yazırdı ki, ABŞ prezidenti Co Bayden Qərb ölkələri, Avropa Birliyi və NATO liderləri ilə videokonfransda Rusiyanın Ukraynaya hücum tarixinin fevralın 16-sına təsadüf edəcəyini bəyan etmişdi. 

Qəzet isə ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yazır ki, Rusiya ordusu Ukraynanın hərbi və hökumət komandanlıq məntəqələrinə qarşı hava hücumları təşkil edilə bilər, ardınca isə tank hücumu baş verəcək və gəmilər Ukraynanın cənub sahillərinə daxil olacaq. 

Rəsmi Moskva isə Ukrayna ərazisinə hücumları qəti şəkildə rədd edir və heç kimi təhdid etmədiklərini bəyan edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu xəbərləri şərh edərkən bildirib ki, bu cür nəşrlərin dərc etdirdikləri məlumatları ciddi qəbul etmək düzgün deyil.

“Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya “hücumu”nun tarixi ilə bağlı yazılanlara yumor hissi ilə yanaşır. Hərdən zarafat edərək müharibənin dəqiq vaxtının haradasa dərc olunub-olunmadığını öyrənməyimizi istəyir”, – Peskov bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın