Ermənistan Ordusuna məxsus mövqelərdən birində zabit meyiti aşkarlanıb.

YALAN.info bildirir ki, bununla bağlı Ermənistan mediası ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Yanvarın doqquzu saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib”, – deyə xəbərdə deyilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Onu da bildirək ki, bu, gün ərzində qeydə alınan ikinci analoji hadisədir. Bu gün günorta yayılan məlumata görə, müddətli hərbi qulluqçu öldürülüb. Hadisə yanvarın 9-da Basarkeçər rayonunda (Vardenis) Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidməti postda baş verib.

İlkin versiyaya görə, Ermənistan Ordusunda müddətli hərbi xidmətdə olan əsgər atəş açaraq zabitlərdən birini öldürüb. Məlumatı “Hraparak” qəzetinin yaydığı bildirilir. Hadisənin səbəbi və şəraiti araşdırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın