Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinə cəbhədə vurduğu ardıcıl ağır zərbələr düşməni çətin vəziyyətdə qoyub. Düşmən artıq kişilərdən ibarət ordusunu Azərbaycan hərbçiləri qarşısına çıxarmaqda çətinlik çəkir.

Bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın Facebook səhifəsindəki açıqlamasından görmək olur:

“Yüz nəfər artıq qeydiyyatdan keçib, çox müraciət var”.

Qeyd edək ki, Ermənistan Qarabağ müharibəsində könüllülərin qəbulu prosesini davam etdirir.

Ermənistan ordusu Dağlıq Qarabağda manekenlərlərdən yararlanır

Ermənistan ordusunun manekenləri Dağlıq Qarabağda

Ermənistan ordusu Dağlıq Qarabağda münaqişə zonasında düşdüyü çətin durumdan manekenlər vasitəsilə çıxmağa çalışır.

Bununla bağlı fotoqraf Dilan Kollinz Instagram-da material yerləşdirib. Fotoda erməni hərbi forması geydirilmiş manekenin qurşağa kimi torpağa basdırıldığı görünür.

Qeyd olunur ki, bu manekenlər erməni əsgərlərdən fərqli olaraq döyüş meydanından qaçmayacaqlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın