Azərbaycan və Ermənistan Respublikası prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ probleminin çözümü yollarını danışmaq üçün Almaniyanın Hamburq şəhərində görüşüb-görüşməyəcəkləri hələ də bilinmir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Tert.am-a açıqlamasında Ermənistan Xarici İşlər Nazirinin yardımçısı Şavarş Köçəryan deyib.

Ermənistan XİN: İlham Əliyev və Serj Sarqsyanın Hamburqda görüşəcəyi bilinmir
Ermənistan Xarici İşlər Nazirini müavini Şavarş Köçəryan: İlham Əliyev və Serj Sarqsyanın Hamburqda görüşüb-görüşməyəcəyi tam bilinmir

O, hər iki tərəfin görüşə hazır olması ilə bağlı bildirişə belə cavab verib:

“Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa…”.

Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olması ilə bağlı sualı cavablandırmayıb.

Ermənistan Danışıqlardan Qaçır

Xatırladaq ki, bu ilin aprel ayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində baş vermiş atışmalardan sonra Serj Sarkisyan danışıqlardan boyun qaçırdığını deyib. Bu sözləri Ermənistan respublikasının prezidenti Serj Sarkisyan Bloomberg agentliyinə açıqlamasında deyib. Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır. O, deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə istənilən an başlaya bilər. Danışıqların perspektivi çox azdır.

Sarkisyan bildirib ki, 2011-ci ildə Kazanda Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları zamanı erməni tərəfi beş rayonu Azərbaycana qaytarmağa razı idi.  “Həmçinin biz sülhməramlıları regiona yerləşdirmək istəyirdik. Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü”, – deyə Sarkisyan bildirib.

Aprelin əvvəllərində cəbhədə baş verənlərdən danışan Sarkisyan bildirib ki,  həmin vaxt Azərbaycan xeyli sayda tank və artilleriya qurğularını bölgəyə cəmləşdirib. Sarkisyan deyib ki, Ermənistan danışıqlardan imtina edir. “İndiki şəraitdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmırıq”.

İlham Əliyev: 1 Cümlədə 4 Yalan Danışan Prezident Görməmişəm

“Ermənistan aprel döyüşləriylə bağlı yalan informasiyaları dünyaya ötürməyə nə qədər çalışsa da, bunu bacara bilməyib. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin uğuru kimi göstərməyə çalışdılar. Ancaq alınmadı. Hər kəs bilir ki, nələr baş verib və aprel döyüşlərinin sonucu nədir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib.

Prezident deyib ki, onlar çalışırlar ki, dünyanı və erməniləri öz yalanları ilə aldatsınlar. “Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq önəmsiz ərazilərdir. Sonra dedilər ki, əhəmiyyəti var… Tamamilə özlərini itiriblər.

Dövlət başçısı onların gülünc duruma düşdüyünü deyib və bildirib ki, gülünclüyün son göstərisi isə Ermənistan prezidenti Serj Sarkisyanın Avrasiya Birliyinin sammitində çıxışı zamanı olub. Belə ki, dövlət başçısı erməni liderin bir cümlədə 4 yalanının üstünü açıb:

“Ermənistan barış istəmir. Görəndə ki, basqılar artır, bəyanatlar səslənir ki, “status kvo” dəyişməlidir. Təxribatlara əl atır. Təkcə təmas xəttində deyil, başqa istiqamətlərdə də. Daim kəndlərimizi atəşə tutur. Aprel döyüşlərində də eyni təxribat idi. Apreldə də Azərbaycan ordusu layiqli cavab verdi, onları yerinə oturtdu.

Birincisi, aprel döyüşlərinin səbəbkarı Ermənistandır. “Status-kvo”nu saxlamaq istəyir, təxribatlara əl atır. Ermənistan 1 il öncə də təxribata əl atmışdı, buna görə bir vertolyotlarını itirdilər.

İkincisi, təmas xəttində nəzarəti necə ələ alıblar ki, özləri 800 hektar ərazini itirdiklərini bildirirlər? Halbuki 800 hektar yox, Füzuli və Cəbrayıl rayonlarında 2000 hektardan çox ərazi azad edilib.

Üçüncüsü, Dağlıq Qarabağ ordusu yoxdur. Bu, bir mifdir. Qarabağda erməni silahlı birləşmələrində qulluq edənlərin 80 faizi Ermənistan vətəndaşıdır.


Prezident İlham Əliyev Ermənistanın yalanlarından danışdı

Dördüncü, guya Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bu, ağ yalandır. Azərbaycan ordusu əks hücum ilə torpaqlarımızı azad edib, Ermənistan da 2-3 gün ərzində çalışıb ki, itirilmiş torpaqları qaytarsın. Görəndə ki, buna nail ola bilmir, daha çox itkilər verir, dayanmasalar da daha çox torpağı azad edəcəyik, özləri Rusiyaya xahişlə müraciət ediblər. Rusiya Baş Qərargah rəisi bizim rəisə zəng edərək xahiş etdi ki, atəşkəs bərpa olsun. Ermənistan döyüşlərin dayandırılmasını xahiş edir. Sonra Rusiya prezidenti mənə zəng etdi. Təklif etdi ki, atəş dayandırılsın. Reallıq budur”.

Bir cümlədə dörd yalan danışan prezident

O deyib ki, bir cümlədə dörd yalan danışan prezident görməyib. “Ermənilər bu antirekorda görə Ginnesin (Guinness) Rekordlar kitabına düşəcək. Aprel döyüşləri Azərbaycan ordusunun gücünü bir daha göstərdi”.

2 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın