Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyan komandasının başlatdığı Seçki Məcəlləsinə reytinq səsvermə sisteminin rədd edilməsini nəzərdə tutan dəyişiklikləri imzalamayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Lraqir” məlumat yayıb.

Bununla yanaşı, Armen Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etməyib. Ermənistan prezidenti bəzi son sənədlərə, özəlliklə də ordu Baş Qərargahındakı önəmli təyinatlarla bağlı olan sənədlərə də qol çəkməkdən imtina edib. Bu, bir növ demarşa bənzəyir, baxmayaraq ki, Ermənistan prezidentinin son müharibə şəraiti və daxili siyasi hadisələrlə əlaqəli məsələlərə daha fəal müdaxilə edə biləcəyi düşüncəsi var.

Armen Sarkisyan dəfələrlə bildirib ki, Nikol Paşinyan və hökumətin istefasını, müvəqqəti hökumətin təyin edilməsini və yalnız Seçki Məcəlləsinə və Konstitusiyaya edilən dəyişikliklərdən sonra seçkilər keçirilməsini doğru sayır. Müxalifətin bir hissəsi də eyni düşüncədədir.

Nikol Paşinyan hələ təyin edilməmiş seçkilərdən öncə hakimiyyətdən getmək niyyətində deyil. Buna baxmayaraq, fors-major seçimini, hökumətin istefasını və milli anlaşma hökumətinin qurulmasını heç kim hesabdan silmir.

Ermənistandakı siyasi inkişafları yalnız şərti olaraq daxili adlandırmaq olar: əslində 2020-ci il müharibəsindən sonra Ermənistanda xarici idarəetmə tətbiq olunub və məsələlər başqa paytaxtlarda həll edilir.

Ermənistanın siyasi təbəqəsi praktik olaraq suveren addımlar atmır və yalnız Rusiya siyasətinin ardınca hərəkət edir. Bu, Ermənistanda gücün formalaşmasının kənardan qoyulan “ev tapşırıqları”nın yerinə yetirilməsindən tamamilə asılı olduğu faktına gətirib çıxarır.

Öncəki xəbərKeçmiş həyat yoldaşı yalan danışıb, Conni Deppi şərlədiyi üzə çıxdı
Sonrakı xəbərMetsamor: Qonşu dövlətlərə də təhlükə saçan “ölüm stansiyası” ilə bağlı açıqlama
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın