“Metsamor” Atom Elektrik Stansiyasında yarana biləcək təhlükə Azərbaycana daha çox təsir göstərəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor İslam Mustafayev deyib.

Onun sözlərinə görə, AES normal şəraitdə işləsə, böyük fəsadları olmaz:

“İndi həmin rejimdə işləmir və çox böyük fövqəladə hal riski var. “Metsamor” AES-in korpusunun birində çatlar var. Digər korpus işləsə də, etibarlı deyil. Rusiya istehsalıdır və 1974-cü ildən fəaliyyət göstərir. Oradan axıdılan istənilən maddələr Azərbaycana gəlir.

Bu stansiya Azərbaycan, Türkiyə, Gürcüstan və İranın sərhədində yerləşir. Oradan nüvə və radioaktiv tullantılar Araz çayı vasitəsilə bizim çaylara axıdılır. Nəticədə radioaktiv çirklənmə baş verir”.

Professor qeyd edib ki, “Metsamor” AES-də böyük qəza baş verərsə, Ermənistandan çox, Azərbaycanın böyük bir ərazisi radioaktiv tullantılarla çirklənəcək:

“Stansiyanın ətraf mühitə təsiri təsdiq olunub. Beynəlxalq təşkilatlarla birlikdə nüvə materialları və radioaktiv tullantılarla bağlanmasına nail olmaq lazımdır. Bildiyimə görə, AES-də yeni reaktor tikməyi planlayıblar.

Stansiyada partlayış baş verərsə, ərazi nüvə axıntısı riski altındadır. Bu hal baş verərsə, radioaktiv çirklənmə Bakıya kimi gələ bilər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın