Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan tutduğu vəzifəsindən istefa verdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Armen Sarkisyan özü xəbər verib.

Ermənistan Prezidenti qeyd edib ki, onun istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır. “Ölkə formaca prezident respublikasıdır, ancaq məzmunca yox”, – o deyib.   

Yada salaq ki, Armen Sarkisyan 2018-martın 2-də parlament tərəfindən Ermənistan prezidenti seçilib və 2018-ci il aprelin 9-da vəzifəsini yerinə yetirməyə başlayıb. Onun bu posta namizədliyi həmin dövrdə dövlət başçısı olan Serj Sarkisyan tərəfindən irəli sürülmüşdü.

Növbədənkənar seçkilərə qədər Alen Simonyan ölkə prezidenti vəzifəsini yerinə yetirəcək

Ermənistan Milli Assambleyasının (Parlamentinin) sədri Alen Simonyan konstitusiyanın uyğun müddəası ilə, növbədənkənar seçkilərə qədər ölkə prezidenti vəzifəsini yerinə yetirəcək.

Ermənistan konstitusiyasına görə, respublika prezidenti vəzifəsindən uzaqlaşdırıldıqda, səlahiyyətlərini həyata keçirə bilmədikdə, istefaya getdikdə, ya da yeni seçilmiş prezident vəzifəyə başlamazdan öncə vəfat etdikdə onun səlahiyyətlərini Milli Assambleyanın sədri həyata keçirir.

Növbədənkənar prezident seçkiləri isə uyğun olaraq ən geci 25 və 35 gündən gec olmayaraq keçirilir. Prezident parlament tərəfindən yeddi il müddətinə seçilir. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər. Deputatların toplam sayının azı dörddə birinin namizəd irəli sürmək hüququ var. Konstitusiyaya görə, prezident istefa ərizəsini parlamentə təqdim edir. İstefa elan olunduğu andan qəbul edilmiş sayılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın