Türkiyənin daxili işlər naziri Süleyman Soylu hakim Ədalət və İnkişaf Partiyası gəncləri ilə bir araya gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, görüş zamanı Süleyman Soylu ötən müddət ərzində görülən işlərdən danışıb.

Daxili işlər naziri ölkəni terrordan təmizlədiklərini ifadə edərək bildirib ki, bu işdə onu ən çox motivasiya edən gənclər və uşaqların öz arzularına çatmaq istəyidir.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını gənclərə çatdıran nazir onlarla birlikdə “Suzan Suzi” və “Merdo” türkülərini də ifa oxuyub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın