Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın sosial media səhifələrində məlumat yayılıb.

Bundan başqa, Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi (1978) və Ağdərə istiqamətində isə Ermənistan ordusunun polkovniki Nikolay Mikaeloviç Aykyan (1972) ordumuz tərəfindən məhv edilib. 

Dağlıq Qarabağın separatçı hakimiyyətinin yaydığı məlumatına görə, sentyabrın 28-də döyüşlər zamanı 28 döyüşçü ölüb. Həlak olanların adları da açıqlanıb. 

Beləliklə, erməni tərəfi döyüş əməliyyatları başlayandan indiyədək 59 erməni hərbi qulluqçunun öldüyünü təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov: “Artıq Talış kəndi ətrafında bir neçə strateji yüksəklik işğalçı qüvvələrdən təmizlənib”

“Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi, verdiyi itkiləri gizlədir. Kəşfiyyat qrupumuzun əldə etdiyi məlumata əsasən, 24 tank və hərbi texnikası, səkkiz artilleriya qurğusu, 18 PUA, 15 zenit-raket kompleksi (OSA) məhv edilib, 550 nəfərdən artıq itkisi var. Düşmənin itkiləri arasındakı bəzi cəsədlərin Suriyadan gətirilənlərə aid olduğu aşkar edilib”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın