Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Arsurun Ovannisyan ABŞ-a qaçdı

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyan ABŞ-a qaçıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz Twitterində paylaşım edib.

“Bir gün öncə (fevralın 21-də) Los-Anceles reysinin sərnişinləri (Ermənistan-red.) Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyanı gördülər. O, bacısı ilə Qətər reysilə uçurdu.

Təyyarədə çox sayda adam vardı. Hamı ona qışqırırdı. Ancaq o buna məhəl qoymurdu” – şahid dedi”, – İqor Korotçenko vurğulayıb.

Qeyd edək ki, Arsurun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlərlə bağlı yalan məlumatlar verməsi ilə yadda qalıb. O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından qaçmasını “takitiki geri çəkilmə” adlandırırdı.

Lakin sonradan Ovannisyanın yalanları üzə çıxdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa verdi. Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü sonra iddia etdi ki, naməlum şəxslər ona hücum edib. Nazirliyin keçmiş rəsmisi hədələndiyini və izləndiyini də bildirib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir