Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yenidən hərbi əməliyyatların başlanması ilə bağlı məlumat verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “RIA Novosti” xəbər yayıb.

Həmçinin separatçı birləşmələrin “münasib tədbirlər gördüyü” iddia edilir.

Öz növbəsində “Sputnik” Ermənistan Hadrut ətrafında iki kəndin Ermənistan tərəfinin nəzarəti altında qaldığını, ancaq bu kəndlərə gedən bütün yolların Azərbaycan tərəfinin nəzarətində olduğunu, bu səbəbdən kəndlərin anklav olaraq qaldığını qeyd edib. Azərbaycan ordusu bu istiqamətdə hücuma keçib.

Xatırladaq ki, ötən gün erməni tərəfi Hadrutda təxribata əl atıb və nəticədə Azərbaycan ordusunun bir əsgəri yaralanıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi düşmən təxribatı ilə bağlı rəsmi açıqlama verib:

Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətmişdir.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülmüşdür. İndi atəşkəs rejiminə riayət olunur.

Rusiya MN: Üçtərəfli bəyanatdan sonra Qarabağda ilk dəfə atəşkəs pozulub

Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub.

“11 dekabrda Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb”, – deyə Rusiya MN-dən bildirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın