Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.

İndi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində durum sabitdir. Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitini tam nəzarəti altında saxlayır.

MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərUkrayna Prezidenti işğal olunmuş bütün şəhərlərin azad olunacağını bildirdi
Sonrakı xəbərUkrayna Rusiya qərargahlarını sıradan çıxarıb, 1 general, 300-dək hərbçi öldürülüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın