Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün xəstə olması ilə bağlı xəbərlər fonunda ictimaiyyət qarşısına çıxıb.

YALAN.info bildirir ki, Ərdoğan günortadan sonra hakim partiyanın Ankaradakı qərargahına gəlib.

Televiziyaların canlı olaraq yaydığı görüntülərdə Ərdoğanın sərbəst şəkildə maşından düşdüyü, partiya üzvləri ilə görüşdüyü və sonra toplantının keçiriləcəyi binaya girdiyi görünür.

Onu da bildirək ki, bu gün media Türkiyə liderinin “xəstə olduğu üçün” İspaniya səfərindən imtina etdiyini, AKP-nin qrup toplantısının isə təxirə salındığını yazmışdı. AKP-nin qrup toplantısı təxirə salınmayıb, Ərdoğan isə xəstə olmadığını, İspaniya səfərindən qəsdən imtina etdiyini nümayiş etdirib.

Yada salaq ki, İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində Fransa, Almaniya, Avropa Birliyi (AB), Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilirdi. Azərbaycan Prezidenti bu görüşdə Türkiyə liderinin iştirakını təkid edib, Fransa və Almaniya isə buna qarşı çıxıb. Buna görə də Prezident İlham Əliyev nümayişkaranə surətdə görüşdən imtina edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın