NATO (Şimali Atlantika Alyansı) qüvvələrinin Cənubi Qafqaz regionunda olması İran üçün qəbuledilməzdir.

YALAN.info bildirir ki, bu sözləri Iran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşündə deyib.

“Zəngəzur dəhlizi NATO qüvvələrinin Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq ki, bu da region ölkələrinin milli təhlükəsizliyinə təhdid yaradır. İslam Respublikası buna qəti şəkildə qarşı çıxır”, – Rəisi bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın