Atlas Araşdırmalar Mərkəzinin başçısı, politoloq Elxan Şahinoğlu deyir ki, bu qayıdış türkdilli ölkələr arasında humanitar və siyasi bağlantıların genişlənməsində özəl rol oynayacaq.

Özbəkistan hökuməti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq qərarına gəlib. Bunu Özbəkistan prezidenti Şövkət Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycana deyir ki, Özbəkistanın bu qərarı çox önəmlidir: “Çünki mərhum prezident İslam Kərimovun dövründə Özbəkistan bu şuradan çıxmışdı və türkdilli ölkələrlə sıx münasibət saxlamırdı. İndiki prezident türkdilli ölkələrlə yaxınlaşmağa üstünlük verir. Bu qayıdış türkdilli ölkələr arasında humanitar və siyasi bağlantıların genişlənməsində özəl rol oynayacaq. Həmçinin Özbəkistan regional layihələrə qoşulmaq istəyir. Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qayıtması onu Türkiyə və Azərbaycanla strateji tərəfdaş səviyyəsinə gətirir”.

Yada salaq ki, 16 sentyabr 2010-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında qərar qəbul edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın