Prezident Şövkət Mirziyoyevin sözlərinə görə, Özbəkistan hökuməti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq qərarına gəlib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Anadolu” agentliyinə qaynaqlanaraq bildirir ki, bunu Özbəkistan prezidenti Şövkət Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Prezident Ərdoğanla uzun danışıqlar apardıq. Özbəkistan bayrağı da Şuradakı bayraqlar arasında yer alacaq. Sıradakı Bişkek toplantısına Özbəkistan da qatılacaq. Bu, önəmli, böyük bir qərardır”, – deyə Ş. Mirziyoyev bildirib.

Onu da vurğulayaq ki, R.T.Ərdoğan bu gün Özbəkistana rəsmi səfər edib. İki ölkə arasında 25 rəsmi sənədə qol çəkilib.

Yada salaq ki, 16 sentyabr 2010-cu il tarixində türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul edilib. Qurumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın