Qlobal karbon emissiyasının yarısından çoxu üç ölkənin – Çin, Amerika Birləşmiş Ştatları və Hindistanın payına düşür.

YALAN.info bildirir ki, Qlobal Karbon Layihəsinin (GCP) məlumatlarına görə, 2020-ci ildə dünya üzrə toplam karbon emissiyası 34 milyard 810 milyon ton olduğu halda, bu emissiyanın 51,1 %-i Çin, ABŞ və Hindistan tərəfindən yerinə yetirilib.

İqlim siyasətini dəyərləndirən ekspertlər, hər üç ölkənin sıfır karbon hədəflərinə çatmaq üçün daha qətiyyətli addımlar atmasının gərək olduğunu vurğulayırlar.

Alimlərin sözlərinə görə, məhz karbon emissiyası qlobal istiləşmənin sürətlənməsində önəmli rol oynayır. Bu isə öz növbəsində təbii fəlakətlərin daha iri miqyasda və tez-tez baş verməsini, hətta bəzi skeptiklərin dedikləri kimi, dünyanın sonunun daha tez gəlməsini şərtləndirir.

Öncəki xəbərRusiyanın öz kiçik “NATO”sunu genişləndirmək planları: Üç ssenari üzrə hazırlıq
Sonrakı xəbərÇavuşoğlu: NATO-nun genişlənməsinə qarşı deyilik, ancaq terrora dəstəyi qəbul edə bilmərik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın